Uşaq 91 saatdan sonra dağıntılar altından sağ çıxdı

Uşaq 91 saatdan sonra dağıntılar altından sağ çıxdı

Hazırda oxunan: Uşaq 91 saatdan sonra dağıntılar altından sağ çıxdı

1871

İzmirdə zəlzələdən 91 saat sonra 4 yaşlı Ayla Gezgin dağıntılar altından sağ çıxarılıb.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları bildiriblər ki, qız qabyuyan maşına sığınmış vəziyyətdə aşkar edilib.

Ayla Gezgin xəstəxanaya yerləşdirilib.

Uşağın xilası ilə bağlı xəbərdən doğan sevincini Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu Tvitter hesabında bölüşüb:

“Elzem, Ezel, İdil, İnci və indi də Ayla. Çox şükür Rəbbimə. Hər möcüzə bir ümiddir. Qəlbimiz və dualarımız İzmirdə”- deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO