Elmar Məmmədyarovdan SENSASİON AÇIQLAMA – “Fransa “Crocus”a hücumu maliyyələşdirənlərdən biridir”

Elmar Məmmədyarovdan SENSASİON AÇIQLAMA – “Fransa “Crocus”a hücumu maliyyələşdirənlərdən biridir”

Hazırda oxunan: Elmar Məmmədyarovdan SENSASİON AÇIQLAMA – “Fransa “Crocus”a hücumu maliyyələşdirənlərdən biridir”

186987

Xəbər verdiyimiz kimi, Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev Moskvadakı məlum terror aktı ilə bağlı sensasion sayıla biləcək fikirlər səsləndirib. O bildirib ki, bu terror aktının arxasında Fransa dövləti və prezident Emmanuel Makronun durur.
“Medvedev deyirsə...”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib ki, Dmitri Medvedev sıradan biri deyil:

“O deyirsə, deməli nəsə ortada fakt var. Hazırda istintaq gedir, müəyyən faktlar toplanılır. Yəqin ki, istintaqın gedişində Rusiya İstintaq Komitəsi hansısa faktlarla rastlaşıb ki, Təhlükəsizlik Şurasının rəhbərinin müavini də bu cür konkret fikirlər səsləndirir.
Bu gün Rusiyanı ən çox maraqlandıran məsələ odur ki, terrorçular hansı ölkələr tərəfindən maliyyələşdirilib. Görünən odur ki, Fransa da həmin maliyyəçi ölkələr sırasındadır. Yoxsa, Medvedev kimi rəsmi adam bu cür fikirlər səsləndirməzdi. Yəqin ki, istintaqın yekununda konkret faktlar olacaq. O zaman bizim üçün də danışmaq daha rahat olacaq”.

Elmar Məmmədyarov Fransanın beynəlxalq aləmdə terrora dəstəyindən də danışıb:

“Fransanın Afrikada törətdiyi vəhşiliklərdən bütün dünyanın xəbəri var. Afrika ölkələrini ram etmək üçün Fransa zaman-zaman terrordan istifadə edib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO