Ukraynada 11 minə yaxın mülki şəxs ölüb - 600-ü uşaqdır

Ukraynada 11 minə yaxın mülki şəxs ölüb - 600-ü uşaqdır

Hazırda oxunan: Ukraynada 11 minə yaxın mülki şəxs ölüb - 600-ü uşaqdır

186751

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında(TŞ) Ukraynadakı vəziyyətlə bağlı iclas keçirilib.

Bizim.Media xəbər verir ki, iclasda BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença çıxış edib.

O bildirib ki, Ukraynada davam edən müharibədə təkcə mart ayında 57 uşaq öldürülüb.

Diplomat qeyd edib ki, iki il ərzində ümumilikdə 600-ü uşaq olmaqla 10 810 mülki şəxs müharibənin qurbanı olub.

Yença qeyd edib ki, Rusiya hər gün Ukraynanın şəhər və qəsəbələrini atəşə tutur, enerji infrastrukturunu intensiv və sistemli şəkildə hədəfə alır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO