Ukrayna bu müharibədə qalib gəlməyəcək - Polşalı politoloq

Ukrayna bu müharibədə qalib gəlməyəcək - Polşalı politoloq

Hazırda oxunan: Ukrayna bu müharibədə qalib gəlməyəcək - Polşalı politoloq

186715

Ukraynanın qalib gəlməyəcəyi tamamilə aydındır və ABŞ bunu çox yaxşı başa düşür.

Bizim.Media xəbər verir ki, bunu polşalı politoloq, amerikaşünas Zbiqnev Levitski “Do Rzeczy” nəşrinə müsahibəsində deyib. 

Ekspertin fikrincə, münaqişə davam edəcək, Tramp da bunu dayandıra bilməyəcək, onun rasional həlli yoxdur:

“Gəlin realist olaq, Ukrayna bu müharibədə qalib gəlməyəcək”. 

O xatırladıb ki, Vaşinqton və Kiyev davam edən münaqişəyə fərqli baxışlara malikdir.

"Ukraynanın məqsədi öz ərazisini bütün mümkün yollarla, ilk növbədə, Rusiya ordusunu oradan çıxarmaqla müdafiə etməkdir. Amma fakt budur ki, bu münaqişə Moskvanın tam məğlubiyyəti ilə bitə bilməz. ABŞ və bütün dünya bunu başa düşür. Bu, tamamilə göz qabağındadır. Moskva Donbassdan çıxmayacaq, Krımı tərk etməyəcək. Bu dövlətin belə bir alçaldılmaya razı olması qeyri-realdır”, - deyə o, qeyd edib.

“Eyni zamanda, prezident Volodimir Zelenskinin də seçimi yoxdur, onun cəmiyyəti qarşısında öhdəlikləri var. O, sadəcə olaraq deyə bilməz ki, sülh naminə Krımı və Donbası Rusiyaya verəcəyik”, deyə professor Levitski davam  edib.

Onun sözlərinə görə,  hər iki tərəfin mövqeləri barışmaz olduğundan vəziyyət çıxılmaz vəziyyətdə görünür:

"Ukrayna ölkənin qərb hissəsini qoruya bilər, amma şərqi yox. Mən orada bitirməyi üstün tuturam".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO