Aralıq dənizində daha bir miqrant FACİƏSİ – 9 nəfər ÖLDÜ

Aralıq dənizində daha bir miqrant FACİƏSİ – 9 nəfər ÖLDÜ

Hazırda oxunan: Aralıq dənizində daha bir miqrant FACİƏSİ – 9 nəfər ÖLDÜ

186693

Afrikadan Avropaya tez-tez istifadə edilən qeyri-qanuni miqrasiya yollarından biri olan Aralıq dənizində miqrasiya axınları və qayıq qəzaları baş verməkdə davam edir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Aralıq dənizini keçməyə çalışan daha bir miqrant qayığının batması nəticəsində biri uşaq olmaqla 9 nəfər həyatını itirib.

Bu barədə İtaliya Sahil Mühafizəsi Komandanlığından bildirilib. Açıqlamaya görə Malta axtarış-xilasetmə qrupu Aralıq dənizindəki Lampeduza adasının 30 mil cənub-şərqində batmış kiçik qayığın xilasetmə əməliyyatına dəstək verib. Həmin hadisədə 22 nəfəri xilas etdiyi, biri qız olmaqla 9 nəfərin isə meyitini çıxarıldığı bildirilib.

Xilasetmə əməliyyatının dalğa hündürlüyünün yerlərdə 2,5 metrə çatdığı dənizdə çətin şəraitdə aparıldığı da qeyd olunub. 
Xilas edilən immiqrantların ağır hipotermiya vəziyyətində olduqları və Lampeduza adasına aparıldığı bildirilib. 

Bu arada Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) itkin düşmüş qeyri-qanuni miqrantlarla bağlı məlumatlarına görə, ilin əvvəlindən aprelin 8-dək  Aralıq dənizində 385 miqrant dənizdə itkin düşüb. 

Digər tərəfdən, İtaliya Daxili İşlər Nazirliyinin məlumatlarına görə, bu il yanvarın 1-dən aprelin 10-dək dənizdən ölkəyə keçən qeyri-qanuni mühacirlərin sayı 15 min 774 olub. Ötən ilin eyni dövründə bu rəqəm 31 min 128 idi.

Maraqlıdır ki, Avropaya qeyri-müntəzəm miqrasiya axınında İtaliya, Malta, Liviya və Tunis arasındakı Aralıq dənizi marşrutu son illərdə intensiv fəaliyyət göstərən marşrutlardan biri olaraq önə çıxır.

Şimali Afrika sahillərindən yola düşən və sonra köməyə çağıran qeyri-qanuni miqrantları adətən Avropa dövlət rəsmiləri deyil, Avropa mənşəli qeyri-hökumət təşkilatları xilas edir. Sözügedən QHT-lər bəzən xilas etdikləri qeyri-qanuni immiqrantları evakuasiya etməkdə çətinlik çəkirlər, çünki Aİ-yə üzv dövlətlər “təhlükəsiz liman” təmin etmirlər.

Ötən ildən QHT-lər İtaliyadakı son qanunvericilik aktları səbəbindən fəaliyyətlərini həyata keçirməkdə müəyyən çətinliklərlə üzləşiblər.

Aralıq dənizini özbaşına keçə bilən və ya xilas edilən immiqrantlar üçün Avropada ilk yer adətən İtaliyanın Lampeduza adası, Şimali Afrikaya ən yaxın quru hissəsi və ya bəzən Maltadır.
Digər tərəfdən, hər il bir çox qeyri-qanuni miqrant Aralıq dənizini keçmək istəyərkən qayıqların batması, həddindən artıq sıxlıq, yaxud su və havasız qalması səbəbindən həyatını itirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO