Rusiya Britaniyanın dövlət qurumlarına qarşı sanksiyalar tətbiq edib

Rusiya Britaniyanın dövlət qurumlarına qarşı sanksiyalar tətbiq edib

Hazırda oxunan: Rusiya Britaniyanın dövlət qurumlarına qarşı sanksiyalar tətbiq edib

186573

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya tərəfi Böyük Britaniyanın bir sıra dövlət qurumlarının və İT sektorunun nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya departamentinin saytında qeyd edildiyi kimi, Britaniya hakimiyyəti Rusiyaya qarşı məhdudiyyətlərin tətbiqi də daxil olmaqla, aqressiv anti-Rusiya kursunu davam etdirir.

“Britaniya tərəfinin bu düşmənçilik hərəkətlərinə cavab olaraq, bir sıra dövlət qurumlarının, İT sektorunun və Böyük Britaniyanın hüquq xidmətləri bazarının nümayəndələrinin Rusiyanın “stop siyahısı”na daxil edilməsi barədə qərar qəbul edilib”, - məlumatda deyilir.

Onların arasında Britaniya şirkətlərinin, məsələn, Ukrayna hüquq-mühafizə orqanlarına xidmət göstərən “Micro Focus”un əməkdaşları da var. Siyahıya Mərkəzi Asiya ölkələrində iqtisadi operatorları Qərb dövlətlərinin tətbiq etdiyi birtərəfli məhdudiyyətlərə əməl etməyə məcbur etmək cəhdlərində iştirak edən şəxslər də var.

Sanksiyaya daxil olanların tam siyahısı Rusiya Xarici İşlər Nazirliyinin saytındadır.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il müddətinə uzadıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO