Dünya müsəlmanları Ramazan bayramını necə QEYD edir? – FOTOLAR 

Dünya müsəlmanları Ramazan bayramını necə QEYD edir? – FOTOLAR 

Hazırda oxunan: Dünya müsəlmanları Ramazan bayramını necə QEYD edir? – FOTOLAR 

186523

Dünya müsəlmanları Ramazan bayramını qeyd edir. Bir ay boyu oruc tutan şəxslər bayram günü bayram namazı qılıb, dualar edirlər.

Bizim.Media bütün dünyada müsəlmanların qeyd etdiyi bayramın ortaya çıxardığı mənzərələrə nəzər salıb.

Azərbaycanda Ramazan bayramında insanlar bayramın adət-ənənələrinə uyğun olaraq ailədəki yaşlılarla bayramlaşır, ölülərin məzarlarını ziyarət edir.  Bayramın ən vacib əlaməti bayram namazının qılınması, dualar edilməsi və fitrə zəkatının verilməsidir. Bu gün ölkədə səhər saatlarında məscidlərdə bayram namazı qılınıb. Paytaxt məscidlərində dua edən, namaz qılan insanlar çoxluq təşkil edib. 

Həmçinin bu gün Türkiyənin bütün şəhərlərində bayram namazı qılınıb. Bayram namazını Ayasofya məscidində qılmaq istəyən vətəndaşlar səhər saatlarında məscidə axın ediblər. Böyük şəhərlərdə məscid önündə izdiham yaşanıb.






İndoneziyada Ramazan bayramını qeyd edən müsəlmanların rəngarəng geyimləri dünya mediasını bəzəyib. Ölkədəki müəslmanlar bayram libasları ilə küçələrdə namaz qılıb, dualar ediblər.








Növbəti fotolar İraqdandır. İraqdakı bütün məscid və ibadət yerləri bu gün eyni saatda yüzlərlə insanların duasına şahidlik edib.








İslam ölkəsi olan İranda da bayram namazı qılınıb. Onlar buna fitr namazı da deyirlər. Məscidlərdə bayram möminlərin coşğusu ilə qeyd edilib.








Qəza zolağında sabitlik olmasa belə müsəlmanlar öz din və inanclarına sadiq qalaraq məscidlərdə və küçələrdə bayram namazı qılıb, tanrıya dualar ediblər.






Ölkə əhalisinin, demək olar ki, hamısı müsəlman olan Omanda da bayram xüsusi əhval-ruhiyyə ilə qeyd edilib. Dünya mediasında yer tutan fotolardan görünür ki, onlar milli geyimlər geyinərək, xüsusi adət və ənənələri ilə bayramlaşıb, açıq havada namaz qılıblar.





Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO