“Tesla” şirkətinin baş direktoru və “X” sosial şəbəkəsinin sahibi İlon Mask gələn ilin sonunda bütün insanların imkanlarını üstələyəcək süni intellekt yaranacağı proqnozunu verib.
Bizim.Media xəbər verir ki, İlon Mask Norveç İnvestisiya Fondunun baş direktoru Nikolay Tangenə müsahibəsində bu üstünlüyün gələn il və ya 2026-cı ilə qədər reallığa çevrilə biləcəyinə aydınlıq gətirib.
Keçən il Mask süni ümumi intellektin (AGI) 2029-cu ilə qədər əldə ediləcəyini proqnozlaşdırmışdı, lakin üstün intellektə malik süni intellekt həmin vaxtdan daha tez gələcək.
O, həmçinin qeyd edib ki, süni intellektin inkişafı ilə bağlı üç məhdudiyyət götürülür.
“İndiyədək istedad, AI çipləri və enerji təchizatı çatışmazlığı süni intellektin inkişaf tempini aşağı salıb. Çoxlu sayda ən yaxşı istedadlı fizikin süni intellekt sahəsinə keçməsi ilə keçən il problemə çevrilən NVIDIA çiplərinin çatışmazlığı tezliklə həll olunacaq. İndi yerdə qalan yeganə problem enerji təchizatıdır”, - deyə İlon Mask bildirib.
Mask sivilizasiyamızın nə qədər davam edəcəyini də təxmin edib. “Sivilizasiyamız planetlərarası, sonra isə ulduzlararası olarsa, milyonlarla il yaşaya bilər. Əgər belə deyilsə, onda bəlkə də cəmi bir neçə yüz il mövcud olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:53 / 09.04.2024
İlon Mask: Növbəti ildə süni intellekt insanlardan ağıllı olacaq
Hazırda oxunan: İlon Mask: Növbəti ildə süni intellekt insanlardan ağıllı olacaq
Hazırda oxunan: İlon Mask: Növbəti ildə süni intellekt insanlardan ağıllı olacaq
186408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.