Bu gün ABŞ-da 59-cu prezident seçkiləri keçirilir

Bu gün ABŞ-da 59-cu prezident seçkiləri keçirilir

Hazırda oxunan: Bu gün ABŞ-da 59-cu prezident seçkiləri keçirilir

1864

Bizim.Media xəbər verir ki, ABŞ prezidentliyi uğrunda iki namizəd mübarizə aparır. Onlar Respublikaçıların namizədi, hazırkı dövlət başçısı Donald Tramp və keçmiş vitse-prezident, demokrat Co Baydendir.

Artıq rəsmi səsvermə gününə qədər verilən səslərin sayı 100 milyona yaxınlaşıb. Bu, rekord göstərici hesab edilir. Belə yüksək statistika pandemiya ilə əlaqələndirilir.

İnsanların çoxu seçki məntəqələrinə gəlməkdən qorxaraq, poçt vasitəsilə səs verirlər.

Seçkilərə bir gün qalmış ölkə üzrə keçirilən sorğularda Co Bayden Donald Trampı qabaqlayıb. Əsas ştatlarda isə bu fərq azdır.

"Associated Press' xəbər verir ki, Baydenlə Tramp arasında əsas rəqabət Trampa etimad göstərilən ştatlarda müşahidə edilir.  Trump bu ərazilərdə mövqeyini qorumaqla seçkidə qalib gələ bilər.  Lakin yenidən seçilmək şansı Florida və Pensilvaniya əyalətlərindən daha çox asılıdır.

Qeyd edək ki, prezident və vitse-prezidentlə yanaşı, amerikalılar 35 senator, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hakimiyyət orqanları rəhbərlərini seçməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO