İlon Mask Marsa bir milyon insan göndərməyi PLANLAŞDIRIR

İlon Mask Marsa bir milyon insan göndərməyi PLANLAŞDIRIR

Hazırda oxunan: İlon Mask Marsa bir milyon insan göndərməyi PLANLAŞDIRIR

186185

İlon Mask Marsa bir milyon insanın göndərilməsini planlaşdırdığını açıqlayıb.

Bizim.Media “Guardian” nəşrinə istinadən xəbər verir ki, milyarder “SpaceX”in gələcəyi barədə fikirlərini, həmçinin Mars planetində məskunlaşma ilə bağlı təxmini planlarını bölüşüb. 

Mask “Starship 3”ün nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb, lakin bunun şirkətə çox az xərclə başa gələcəyini vurğulayıb. Onun sözlərinə görə, əgər “Falcon 1”in buraxılışı indi 10 milyon ABŞ dollarına başa gələcəksə, “Starship 3”ün qiyməti 2-3 milyon dollar olacaq. 
“SpaceX”in rəhbəri əlavə edib ki, Marsın mənimsənilməsi şirkətə təxminən 20 ilə başa gələcək.

Onun sözlərinə görə, bu müddət ərzində bir milyona yaxın insan qırmızı planetə göndərilə bilər ki, bu da özünü təmin edən müstəmləkə şəhəri yaratmaq üçün kifayətdir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO