Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Çox sayda şübhəli saxlanıldı - VİDEO

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Çox sayda şübhəli saxlanıldı - VİDEO

Hazırda oxunan: Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Çox sayda şübhəli saxlanıldı - VİDEO

185916

Türkiyədə İŞİD terror təşkilatına qarşı “BOZDOĞAN-21” əməliyyatı həyata keçirilib.
Əməliyyat zamanı İstanbulda Santa Mariya kilsəsinə silahlı hücumla bağlı və münaqişə bölgələri ilə təmasda olan şəxslər başda olmaqla 48 şübhəli ələ keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.

“İstanbul Terrorla Mübarizə İdarəsi tərəfindən aparılan işlər nəticəsində İstanbulun Sarıyer rayonundakı Santa Mariya kilsəsinə silahlı hücumun səbəbkarları ilə əlaqəsi olan və münaqişə bölgələri ilə təmasda olduqları müəyyən edilən 30 şübhəli şəxs saxlanılıb.

Ankara Təhlükəsizlik İdarəsi tərəfindən aparılan işlər nəticəsində İŞİD terror təşkilatı ilə əlaqəsi olduğu müəyyən edilən 18 şübhəli şəxs ələ keçirilib”, - deyə paylaşımda bildirilib.

 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO