“Qərb Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını - Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illər üçün nəqliyyat və iqtisadi əlaqələrin bərpasını, sərhədin delimitasiyası, sülh müqaviləsi hazırlamaq, ictimai xadimlər və ekspertlər arasında əlaqələr vasitəsilə etimadı gücləndirmək üzrə tədbirləri nəzərdə tutan üçtərəfli bəyanatlar toplusunu məhv etmək cəhdlərindən əl çəkmir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in 2024-cü il aprelin 5-də Brüsseldə baş tutan Ermənistan-ABŞ-Aİ formatında görüşünə dair bəyanatında bildirilib.
Bildirilib ki, məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan bu sazişlərin icrasını dayandırıb, halbuki bir çox bəndlər üzrə, xüsusən də nəqliyyat yollarının açılması məsələsində tərəflər qarşılıqlı məqbul həll yollarına yaxın idi:
“Moskva Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülhə nail olmaq üçün hər cür kömək etməyə hazırdır.
Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən “3+3” Məşvərət Platformasının ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır. Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, İrəvandakı hakimiyyəti isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:55 / 05.04.2024
Rusiya XİN: “Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə İrəvan üçtərəfli bəyanatların icrasını dayandırıb”
Hazırda oxunan: Rusiya XİN: “Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə İrəvan üçtərəfli bəyanatların icrasını dayandırıb”
Hazırda oxunan: Rusiya XİN: “Məhz Vaşinqton və Brüsselin təzyiqi ilə İrəvan üçtərəfli bəyanatların icrasını dayandırıb”
185876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.