“İsrail ordusunun son həmlələrinə nəzər yetirsək, belə qənaətə gəlinir ki, Qəzza zolağında atəşkəs gözlənilmir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Qəzzada son vəziyyətlə bağlı keçirilən iclasında bildirib.
O bildirib ki, İsrailin cinayət və soyqırım törətməsi üçün bütün səddlər keçilib:
BMT Təhlükəsizlik Şurasının qərarlarına hörmətsizlik etdiyi üçün İsrailə, Qərbi Qüdsə qarşı tədbirlər görülməlidir, məsələn, bu, silah embarqosu ola bilər. Çünki hazırda İsrail sayəsində Qəzzada aclığa səbəb olan mühasirə və blokada var”.
Bizim.Media