“Gürcüstanda hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur”.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) mətbuat xidməti məlumat yayıb.
“ 2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyalara rəğmən, bu məsələnin yenidən gündəmə gəlməsindən təəssüflənirik. Qeyri-hökumət təşkilatları üçün əlverişli mühitin yaradılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir.
Gürcüstanı demokratiya, qanunun aliliyi və insan haqlarının təşviqi ilə bağlı öhdəliyi qorumağa çağırırıq.
Şəffaflıq vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıran alət kimi istifadə edilməməlidir. Biz Gürcüstandakı siyasi liderləri Avropa İttifaqına daxil olmaq məqsədi ilə irəli sürülən islahatları qəbul etməyə və həyata keçirməyə çağırırıq”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:30 / 04.04.2024
Avropa İttifaqı Gürcüstana XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Avropa İttifaqı Gürcüstana XƏBƏRDARLIQ ETDİ
Hazırda oxunan: Avropa İttifaqı Gürcüstana XƏBƏRDARLIQ ETDİ
185700
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.