“5 aprel görüşü Rusiya ilə Qərb arasında qarşıdurmanı gücləndirəcək” - Sarkisyan

Hazırda oxunan: “5 aprel görüşü Rusiya ilə Qərb arasında qarşıdurmanı gücləndirəcək” - Sarkisyan

185692

“Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen planlaşdırılan ilə görüşü Rusiya Federasiyası ilə Qərb arasında qarşıdurmanı gücləndirəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın eks-prezidenti Serj Sarkisyan jurnalistlərə açıqlamasında bildirib.

“Digər geosiyasi şəraitdə belə bir görüş Ermənistan üçün faydalı ola bilərdi. Amma Qərblə Rusiya arasında gedən hazırkı qarşıdurma şəraitində belə bir görüş, əminəm ki, regionumuzda qarşıdurmanın intensivləşməsinə səbəb olacaq”, - Sarkisyan qeyd edib.
Qeyd edək ki, 5 aprel tarixində Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Ermənistan rəsmiləri arasında Brüsseldə görüş keçiriləcək. Belə ki görüş, Nikol Paşinyan, Ursula Von der Leyen və Antoni Blinken arasında təşkil ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO