Xamenei İsraili ivrit dilində hədələdi - FOTO

Hazırda oxunan: Xamenei İsraili ivrit dilində hədələdi - FOTO

185621

İranın ali lideri Əli Xamenei ivrit dilində paylaşım edərək ölkənin Suriyadakı konsulluğuna hücuma görə İsraili hədələyib.

Bizim.Media xəbər verir ki, Xamenei bu barədə öz “X” hesabında paylaşım edib.

“Allahın köməkliyi ilə sionistləri İranın Dəməşqdəki konsulluğuna qarşı cinayətə görə səhvlərini başa düşməyə məcbur edəcəyik”, - deyə o qeyd edib. 

O, bundan əvvəlki açıqlamasında isə bildirib ki, İran İsraili konsulluğa hücuma görə peşman olmağa məcbur edəcək. 

Xatırladaq ki, aprelin 1-i Suriya Müdafiə Nazirliyi İsrail Hərbi-Hava Qüvvələrinin İranın paytaxt Dəməşqdə yerləşən baş konsulluğuna zərbə endirməsi barədə məlumat yayıb. Raket hücumu nəticəsində bina tamamilə dağılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu insident zamanı 7 iranlı hərbçinin öldüyünü açıqlayıb. İran sözügedən hücumu sərt tənqid edib.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO