“Azərbaycan və Ermənistan arasında atəşkəs hər iki ölkənin məsuliyyəti sayəsində möhkəmlənib, lakin aydındır ki, tərəflərdən başqa digər qurumların nümayəndələrinin hər hansı bəyanatı gərginliyi artırma riski daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur:
“Və ABŞ dövlət katibi ilə birgə mətbuat konfransında Fransa Respublikası Xarici İşlər Naziri Stéphane Sejournet çıxışında əlbəttə ki, vəziyyəti sakitləşdirmək mövqeyi sərgiləməyib. Fransalı nazir sağlam düşüncə ilə bölgənin sabitləşdirilməsinə doğru irəliləyən bir çoxlarının səylərinə zərər verməsəydi, daha uyğun və faydalı olardı”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:49 / 04.04.2024
İtaliya Fransanın anti-Azərbaycan mövqeyini PİSLƏDİ
Hazırda oxunan: İtaliya Fransanın anti-Azərbaycan mövqeyini PİSLƏDİ
Hazırda oxunan: İtaliya Fransanın anti-Azərbaycan mövqeyini PİSLƏDİ
185553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.