İranın təhdidlərindən sonra İsrail ordusu səfərbərlik ELAN EDİB

Hazırda oxunan: İranın təhdidlərindən sonra İsrail ordusu səfərbərlik ELAN EDİB

185538

İsrail ordusu təhlükəsizlik vəziyyətini qiymətləndirdikdən sonra hava hücumundan müdafiə bölmələri üçün ehtiyatda olan əsgərlərin çağırışını artırmaq qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, İranın Dəməşqdəki konsulluğuna hücumla bağlı Tehran tərəfinin təhdidləri fonunda İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Qalant ölkənin şimal-qərbində yerləşən Hayfada təlimlər keçirib. 
Məqsəd Hayfada və ətraf ərazilərdə arxa cəbhənin döyüşə hazırlığını yoxlamaq olub:

“Hazırlıq səviyyəmizi artırır və eyni zamanda Hizbullah-a və bizi təhdid edən digər qüvvələrə qarşı hərəkətlərimizi genişləndiririk”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO