Türkiyənin Van şəhərində nümayiş və yürüşlər 15 gün müddətinə qadağan edilib.
Bizim.Media xəbər verir ki, qadağa Van valiliyi tərəfindən qoyulub.
Valilikdən verilən açıqlamaya görə, aprelin 3-dən aprelin 17-dək nümayiş yürüşləri, açıq hava toplantıları və qapalı toplantılar 15 gün müddətində keçirilməyəcək.
Valilik tərəfindən məqsədəuyğun hesab edilənlər istisna olmaqla mətbuat üçün açıqlamalar, oturaq aksiyalar, anketlər, çadır və tribunaların qurulması, imza kampaniyalarının təşkili, bukletlərin paylanması və hər cür etiraz aksiyası kimi fəaliyyətlər də qadağan edilib.
Açıqlamada qeyri-qanuni hərəkət və fəaliyyətlərdə iştirak edə biləcək şəxslər və qrupların əyalət və rayonlara giriş və çıxışına icazə verilməyəcəyinə dair məlumatlar da yer alıb.
Qeyd edək ki, dünən (02.04.2024) axşam saatlarından etibarən PKK terror təşkilatının tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində aksiyalar keçiriblər.
Aksiya iştirakçıları küçələrdə tonqallar qalayıb, polis və təcili tibbi yardım maşınlarına daş, "Molotov kokteyli" atıblar. Aksiyaçılar həmçinin PKK-ya rəğbət və dəstək göstərən şüarlar səsləndiriblər.
Aksiyalar ilkin olaraq Van şəhərindən başlayıb, daha sonra digər rayonlarda da aksiyalar başlayıb.
- A-
- A
- A+
Dünya
08:45 / 03.04.2024
Van şəhərində nümayiş və yürüşlər qadağan edildi - VİDEO
Hazırda oxunan: Van şəhərində nümayiş və yürüşlər qadağan edildi - VİDEO
Hazırda oxunan: Van şəhərində nümayiş və yürüşlər qadağan edildi - VİDEO
185407
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.