BMT Təhlükəsizlik Şurası bu gün İranla bağlı TƏCİLİ İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası bu gün İranla bağlı TƏCİLİ İCLAS keçirəcək

Hazırda oxunan: BMT Təhlükəsizlik Şurası bu gün İranla bağlı TƏCİLİ İCLAS keçirəcək

185234

Bu gün Rusiyanın tələbi ilə İranın Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hava hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.

“İranlıların məktubunun davamı olaraq biz BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini tələb etdik. Malta sədrliyi onu aprelin 2-də Nyu-York vaxtı ilə saat 15:00-a (Bakı vaxtı ilə 23:00) təyin edib”, – o açıqlayıb.

Xatırladaq ki, İsrail Dəməşqin cənub-qərbində İran konsulluğunun binasına hücum edib. Tehran zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) iki generalı, həmçinin beş general köməkçisinin həlak olduğunu açıqlayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO