Türkiyədə vətəndaşların neçə faizi seçkilərə qatılıb? - RƏSMİ

Türkiyədə vətəndaşların neçə faizi seçkilərə qatılıb? - RƏSMİ

Hazırda oxunan: Türkiyədə vətəndaşların neçə faizi seçkilərə qatılıb? - RƏSMİ

185135

Martın 31-də Türkiyədə yerli özünüidarə orqanlarına keçirilən seçkilərində vətəndaşların 78,11 faizi iştirak edib.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yener seçkilərin nəticələrinə dair açıqlamasında deyib.

Bildirilib ki, rəsmi olmayan nəticələrə görə, böyük şəhər bələdiyyələri üzrə səslərin 99,99 faizi hesablanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 35, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 24, Xalqların Bərabərliyi və Demokratiyası Partiyası 10, Milliyyətçi Hərəkat Partiyası 8, Yenidən Rifah Partiyası 2, Böyük Birlik Partiyası 1, İyi Partiya 1 bələdiyyə sədrliyini qazanıb.
Otuz böyük şəhər üzrə CHP-nin 14, AK Partinin 12, Xalqların Bərabərliyi və Demokratiyası Partiyasının 3, Yenidən Rifah Partiyasının isə bir namizədi bələdiyyə sədri seçilib.

YSK sədri qeyd edib ki, bəzi xoşagəlməz hadisələr istisna olmaqla, seçkilər sakit və təhlükəsizlik şəraitində keçirilərək yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO