“Müharibədən sonra birlikdə yaşamırıq” - Zelenskinin xanımı

“Müharibədən sonra birlikdə yaşamırıq” - Zelenskinin xanımı

Hazırda oxunan: “Müharibədən sonra birlikdə yaşamırıq” - Zelenskinin xanımı

185117

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya "The Guardian" nəşrinə müsahibə verib.

 

Sfera.az xəbər verir ki, birinci xanım müsahibəsində maraqlı məqamlara toxunub, müharibə dövründə həyat yoldaşı ilə münasibətlərindən söz açıb. 

 

O, müharibə səbəbindən Volodimirlə mütəmadi görüşə bilmədiyini, digər ukraynalılar kimi prezidenti televiziyadan izlədiyini bildirib. 

 

Zelenskaya Rusiyanın əsas hədəflərindən biri olduğunu, bu səbəbdən daha təhlükəsiz yerlərdə məskunlaşmağa çalışdığını vurğulayıb: "Əlbəttə ki, biz birlikdə yaşamırıq, amma indi heç olmasa bir-birimizi görürük". 

 

Uzun müddətdən sonra həyat yoldaşı ilə ilk görüşü barədə sualı cavablandıran birinci xanım, "bir-birimizi qucaqladıq, salamlaşdıq, halımızı soruşduq. Uşaqlar burada idilər, atalarını qucaqladılar",- deyə cavab verib.

 

Yelena onu da qeyd edib ki, Prezident Volodimir Zelenski qətiyyən geri addım atmayacaq, çünki heç vaxt belə bir addım atmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO