Türkiyədə seçkilərin rəsmi olmayan yekun NƏTİCƏLƏRİ

Türkiyədə seçkilərin rəsmi olmayan yekun NƏTİCƏLƏRİ

Hazırda oxunan: Türkiyədə seçkilərin rəsmi olmayan yekun NƏTİCƏLƏRİ

185066

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin rəsmi olmayan yekun nəticələri bəlli olub.

Bizim.Media xəbər verir ki, ölkə üzrə sandıqların 97,56 faizi açılıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,59 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,61 faizlə ikinci sırada qərarlaşıb.

AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir.

Ankara, İstanbul və İzmir Böyükşəhər Bələdiyyəsi sədri vəzifələrinə də CHP-nin namizədləri Mansur Yavaş, Əkrəm İmamoğlu və Cemil Tuqay seçiliblər.

Xatırladaq ki, Türkiyədə martın 31-də keçirilən yerli özünüidarə orqanlarına seçkilərində ümumilikdə 34 siyasi partiya və müstəqil namizədlər böyük şəhər, şəhər və rayon bələdiyyə sədrliyi, eləcə də məhəllə muxtarlığı üçün yarışıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO