Türkiyədə sandıqların 51,65 faizi açılıb - NƏTİCƏLƏR

Türkiyədə sandıqların 51,65 faizi açılıb - NƏTİCƏLƏR

Hazırda oxunan: Türkiyədə sandıqların 51,65 faizi açılıb - NƏTİCƏLƏR

185058

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.

Bizim.Media xəbər verir ki, indiyədək ölkə üzrə sandıqların 51,65 faizi açılıb.

Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,89 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,56 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,31 faizlə birinci yerdədir.

İzmirdə də CHP namizədi irəlidədir. Belə ki, Cemil Tugay 48,08 faiz səs toplayıb.
Qeyd edək ki, Türkiyədə 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, ümumilikdə, 34 siyasi partiya və müstəqil namizədin yarışdığı seçkidə ölkə üzrə 206 845 sandıq qurulub. Bu sandıqların 15 mindən çoxu ötən ilin fevral ayında baş verən dağıdıcı zəlzələdən zərər çəkən bölgələrdə açılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO