İspaniyanın Barselona şəhərində məşhur "Oryol və reşka” səyahət şousunun yubiley buraxılışının çəkilişləri baş tutub. Rusiyanın tanınmış "VIA Gra" qrupunun keçmiş solisti, müğənni Vera Brejneva şounun aparıcılarından biri olub və təyyarədən enəndən sonra Barselona hava limanının polisi tərəfindən saxlanlıb. O, “İnstagram”da bu haqda paylaşım edib.
Bizim.Media xəbər verir ki, Vera Brejneva sənətçi Andrey Danilko və onun anası ilə birlikdə verilişin aparıcıları olub.
"Səyahətimizə hava limanının polis idarəsində üç saat olmaqla start verildi, daha sonra çəkiliş başladı”. Saxlanılma səbəbini açılamayan Brejneva belə deyib.
Digər aparıcı Danilko və onun anası Svetlana Volkova qızıl kartla, Brejneva isə yüz dollarla istirahət edib.
Müğənni etiraf edib ki, bu səhayət polis idarəsində olduğuna və yorulduğuna baxmayaraq həyatındakı "ən yaddaqalan" hesab edilir.
"Və az yatsam da (ancaq ölü kimi), doyunca yemək yeməsəm də, çox yorulsam da ən gözəl duyğuları aldım!", deyə sənətçi təəssüratlarını bölüşüb.
Proqramın birinci hissəsi 19 aprel tarixində yayımlanıb. Brejnevanın və şirkətin Kataloniya paytaxtındakı macəralarının ikinci hissəsi yaxın zamanda efirdə tamaşaçıların ixtiyarına veriləcək.
Bizim.Media