Şolts: “Moskvadakı hücumdan ABŞ-ın xəbəri var idi” 

Şolts: “Moskvadakı hücumdan ABŞ-ın xəbəri var idi” 

Hazırda oxunan: Şolts: “Moskvadakı hücumdan ABŞ-ın xəbəri var idi” 

184522

Almaniya kansleri Olaf Şolts ölkənin xüsusi xidmət orqanlarının Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktının hazırlanması barədə məlumatı olmadığını bildirib.  

Bizim.Media “kommersant.ru”ya istinadən xəbər verir ki, Şolts bu barədə “Mrkische Allgemeine Zeitung” qəzetinə müsahibəsində danışıb. 

O qeyd edib ki, Moskvada terror aktının planlaşdırılması ilə bağlı ABŞ-da məlumatlar var idi: 

“Amerika xüsusi xidmət orqanlarının yəqin ki, məlumatı var idi. ABŞ hökumətinin siyasəti digər ölkələri belə məlumat aldıqda xəbərdar etməkdir. Hətta ictimai xəbərdarlıq da etdilər. Bu dəhşətli terror hücumunun baş verməsi təəssüf doğurur”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO