“Crocus”dan sonra rusların telefonuna qorxunc mesajlar gəlir

“Crocus”dan sonra rusların telefonuna qorxunc mesajlar gəlir

Hazırda oxunan: “Crocus”dan sonra rusların telefonuna qorxunc mesajlar gəlir

184199

Moskvadakı “Crokus City Holl”da baş verən terror hücumunda sonra Rusiya vətəndaşlarının telefonuna teleqram vasitəsilə kütləvi mesajlar göndərilir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Moskva, Xabarovsk və Vladivostok bölgələrinin əhalisinə ölkə üzrə teleqram vasitəsilə kütləvi mesajlar göndərilir. 

Naməlum şəxslər mesajlar vətəndaşlara pul müqabilində iri ticarət mərkəzləri, məktəblər və digər ictimai yerlərdə terror aktı törətməyi təklif edirlər. Həmin şəxslərə hazır hücum planı və silah təqdim edəcəklərini bildirir, bu təklifdən imtina edənləri isə təhdid etməyə başlayırlar. Terror müqabilində 250 mindən 6 milyon rubla qədər pul təklif edildiyi bildirilir.
Məlumata görə, onlar hətta qatarlara bomba yerləşdirməyi təklif edirlər. Martın 24-ü axşam saatlarında 14 yaşlı məktəbli Yoşkar Oladan qatarla Moskvaya gedərkən qəfildən naməlum nömrədən pul müqabilində terror aktı təşkil etməyi təklif edən mesaj alıb. Qız qorxaraq polisə xəbər verib, vaqonlar hərtərəfli yoxlanılıb, lakin heç bir partlayıcı aşkarlanmayıb.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO