Rus səfir Polşa XİN-in dəvətindən imtina etdi

Rus səfir Polşa XİN-in dəvətindən imtina etdi

Hazırda oxunan: Rus səfir Polşa XİN-in dəvətindən imtina etdi

184191

Rusiyanın Polşadakı səfiri Sergey Andreyev raket insidentinə görə dəvət olunduğu Polşa Xarici İşlər Nazirliyinə getməmək qərarına gəlib.

Bizim.Media bu barədə “RİA Novosti”yə istinadla məlumat verir. 

Səfir dəqiqləşdirib ki, bu gün səhər nazir müavinlərindən biri ilə görüş üçün şöbəyə dəvət olunub:

“Polşa tərəfi bunun raket insidenti ilə bağlı olduğunu bildirib. Birmənalı cavab almadım və diqqəti ona yönəltdim ki, biz hələ də ötən il dekabrın 29-da Rusiyaya məxsus qanadlı raketin Polşanın hava məkanına daxil olması ilə bağlı Varşavadan sübut gözləyirik. Hələlik bu iddialar üçün heç bir sübut əldə etməmişik”.
Qeyd edək ki, bir gün əvvəl Polşa hərbçiləri səhər tezdən respublikanın hava məkanının Rusiyaya məxsus qanadlı raketlə pozulduğunu, texnikanın saniyə ərzində Polşanın hava məkanında olub və sonra onu tərk etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO