Avropa Komissiyası (AK) Avropa İttifaqının rəqəmsal bazarlar qanununun pozulması iddiası ilə “Alphabet”, “Apple” və “Meta” şirkətləri ilə bağlı araşdırmaya başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb:
“Bu gün Avropa Komissiyası rəqəmsal bazarlar qanunvericiliyi çərçivəsində qanunlara riayət edilməməsi ilə bağlı araşdırmaya başlayıb. Bu, “Google Play”də idarəetmə üçün “Alphabet” qaydalarına, “App Store”da idarəetmə üzrə “Apple” qaydalarına, eləcə də bəzi “Meta” qaydalarına aiddir”.
Avropa Komissiyası araşdırmanı 12 ay ərzində başa çatdırmaq niyyətindədir. Əgər pozuntu aşkar olunarsa, AK hər bir şirkətə ümumi qlobal dövriyyələrinin 10%-nə qədər cərimə tətbiq edə bilər.
Bizim.Media
![“Alphabet”, “Apple” və “Meta” ilə bağlı araşdırma BAŞLADI “Alphabet”, “Apple” və “Meta” ilə bağlı araşdırma BAŞLADI](https://bizim.media/file/articles/2024/03/25/1711368726_3.jpg)
- A-
- A
- A+
Dünya
16:09 / 25.03.2024
“Alphabet”, “Apple” və “Meta” ilə bağlı araşdırma BAŞLADI
Hazırda oxunan: “Alphabet”, “Apple” və “Meta” ilə bağlı araşdırma BAŞLADI
Hazırda oxunan: “Alphabet”, “Apple” və “Meta” ilə bağlı araşdırma BAŞLADI
184131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.