Moskvanın Basmannı Məhkəməsi “Crocus City Hall”da terror aktı törətməkdə şübhəli bilinən şəxslərin həbs-qətimkan tədbirinə baxır.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, istintaq məhkəmədən iki təqsirləndirilən şəxsin həbs edilməsini xahiş edir:
Mirzoyev Dalerjon Barotoviç və Raçabalizod Saidakrami Murodali.
Qeyd edək ki, hər iki müttəhim terror aktı törətməkdə ittiham olunub və onları ömürlük həbs cəzası gözləyir.
Bizim.Media