Avstraliya hökuməti Rusiyadakı terror aktını qınamaqdan imtina etdi

Avstraliya hökuməti Rusiyadakı terror aktını qınamaqdan imtina etdi

Hazırda oxunan: Avstraliya hökuməti Rusiyadakı terror aktını qınamaqdan imtina etdi

183976

Avstraliya rəhbərliyi Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktına heç bir reaksiya verməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Kanberradakı səfiri Aleksey Pavlovski TASS müxbiri ilə söhbətində bildirib.

“Ölkəmizdə baş verənlərlə bağlı istənilən məqamda bəyanatlar və şərhlər verən Avstraliya hökuməti vəhşi terror aktını açıq şəkildə pisləməyi və həlak olanlara başsağlığı verməyi lazım bilməyib”, - deyə o qeyd edib.

Səfir onu da vurğulayıb ki, sadə avstraliyalılar və burada yaşayan rusiyalılar diplomatik nümayəndəliyə rəğbət və dəstək sözləri ilə zəng edir, mesajlar göndərirlər. Rusiyanın Sidneydəki Baş Konsulluğunun binası yaxınlığında isə gül, oyuncaq və şamlardan ibarət ekspromt xatirə memorialı yaranıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO