Moskva vilayətinin Səhiyyə Departamentinin yenilənmiş məlumatlarına əsasən, Crocusda törədilən terror aktı nəticəsində 140 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, onlardan 32-si ambulator müalicə alır, 3-ü evə buraxılıb.
Regional Səhiyyə Nazirliyindən bildirilib ki, şənbə günü Moskva vilayətinin qan mərkəzinə 2,7 mindən çox donor gəlib, demək olar ki, bir tona yaxın qan və onun komponentləri hazırlanıb.
Bizim.Media