NATO və Aİ Moskvadakı terror aktını PİSLƏYİB 

NATO və Aİ Moskvadakı terror aktını PİSLƏYİB 

Hazırda oxunan: NATO və Aİ Moskvadakı terror aktını PİSLƏYİB 

183893

NATO Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktını pisləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə Alyansdan bildirilib. 

Həmçinin Avropa İttifaqı da hadisə ilə bağlı Rusiyaya başsağlığı verib. 

Avropa Şurasının rəhbəri Şarl Mişel özünün “X” hesabında bu barədə yazıb: “Mən Moskvadakı dəhşətli terror aktını pisləyirəm. Hər yerdə günahsız insanların itkisi insan faciəsidir. Qurbanlara və onların ailələrinə başsağlığı verirəm”. 

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell beynəlxalq ictimaiyyəti terrora qarşı həmrəy olmağa çağırıb: “Dünən gecə Moskvada törədilən iyrənc hücumu qəti şəkildə pisləyirəm. Terror yenidən müdafiəsiz insanları hədəf alıb”. 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də terror aktını pislədiyini qeyd edib: “Mən Moskvada dinc sakinlərə qarşı törədilən və İslam qruplaşmasının üzərinə götürdüyü terror aktını pisləyirəm”. 

Xatırladaq ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115 çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO