Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.
Bizim.Media “Baza” telegram kanalına istinadən xəbər verir ki, rəsmi mənbələr “ölü sayının 143-ə çatdığını bildirib.
Həyatını itirənlərin sayının daha da artacağı ehtimal edilir.
14:00
Moskvada yerləşən "Crocus City Hall"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
09:02
Moskvada yerləşən "Crocus City Hall"da törədilən terror aktı nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın "mash" teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, "Crocus City Hall"ın tualetlərindən birində xeyli sayda cəsəd tapılıb.
Bundan başqa, yeməkxanalarda və təmizləyici avadanlıqların saxlandığı otaqlarda da cəsədlər aşkar edilib. Onlar gizləndikləri yerdən yaxınlarına zəng vuraraq harada olduqlarını, tüstüdən boğulduqlarını deyiblər. Lakin alovun şiddətindən yanğınsöndürənlər onları vaxtında çıxara bilmədiklərinə görə tüstüdən boğulub həlak olublar.
Məlumatda qeyd olunur ki, insanlar atışmadan sonra terrorçulardan qorunmaq üçün orada gizləniblər.
Qeyd edək ki, terror aktı nəticəsində yaralananların sayı 147 nəfərdir.
Bizim.Media