İnsanın mədəsindən canlı ilan balığı ÇIXARILDI 

İnsanın mədəsindən canlı ilan balığı ÇIXARILDI 

Hazırda oxunan: İnsanın mədəsindən canlı ilan balığı ÇIXARILDI 

183763

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb. 

Həkimlər xəstənin üzərində rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər təcili cərrahiyə əməliyyatına ehtiyac olduğuna qərar veriblər.
Məlum olub ki, xəstənin mədəsində 30 sm uzunluğunda diri ilan balığı olub, əməliyyat uğurla keçib və kişi tədricən normal vəziyyətə düşüb. Bununla belə, ilan balığının mədədə bu qədər vaxt keçirərək sağ çıxması xəstəxana işçilərini daha çox təəccübləndirib. 

Həkimlər hesab edirlər ki, balıq çürüməyə başlayıb və bu, həyati təhlükəsi olan ciddi fəsadlara səbəb ola bilərdi. Balığın onun bədəninə necə daxil olması məlum deyil. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO