Ukrayna Bolqarıstana müraciət etdi:

Ukrayna Bolqarıstana müraciət etdi: "Sovet silahlarına ehtiyac var"

Hazırda oxunan: Ukrayna Bolqarıstana müraciət etdi: "Sovet silahlarına ehtiyac var"

183742

Ukraynanın Bolqarıstandakı səfiri Vitali Moskalenko ölkənin Xarici İşlər Nazirliyinə silah tədarükü tələbi ilə müraciət edib.


Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Səfir digər qurumlara da müraciət edəcəyini deyib:


“Mən notanı cümə günü göndərdim. Bu qədər qısa müddətdə cavab almaq mümkün deyil, lakin mən digər aidiyyatı qurumlara, məsələn, Müdafiə Nazirliyinə də oxşar müraciətlər göndərəcəm”, - deyə diplomat bildirib.


Onun sözlərinə görə, Kiyevin sovet silahlarına - haubitsalara və raket sistemlərinə ehtiyacı var. Moskalenko əlavə edib ki, Bolqarıstanda 80 Ukrayna tankı təmir olunacaq.


Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlamışdı. Onun sözlərinə görə, Kiyevə döyüş sursatı ilə birlikdə “HIMARS” çoxşaxəli raket sistemləri (MLRS) veriləcək.

 

Əzizə Zeynal 
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO