İsrailli nazir Vaşinqtona səsləndi: \

İsrailli nazir Vaşinqtona səsləndi: \"Biz mütləq Rəfahı ələ keçirəcəyik\"

Hazırda oxunan: İsrailli nazir Vaşinqtona səsləndi: \"Biz mütləq Rəfahı ələ keçirəcəyik\"

183738

İsrail ABŞ ilə münasibətlərini kəsmək bahasına belə olsa, Rəfahı ələ keçirəcək.

Bizim.Media İsrail KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin strateji məsələlər üzrə naziri Ron Dermer deyib.

O, Vaşinqtonun xəbərdarlıqlarına baxmayaraq, İsrail ordusunun Rəfah şəhərinə nəzarəti ələ keçirəcəyini bildirib.
"Hətta İsrail təkbaşına döyüşmək məcburiyyətində qalsa belə bu baş verəcək. Hətta bütün dünya, o cümlədən ABŞ İsrailə qarşı çıxsa belə, biz qalib gələnədək döyüşəcəyik", - o deyib.

Dermerin sözlərinə görə, İsrail Rəfah şəhərinin HƏMAS üçün sığınacağa çevrilməsinə icazə verə bilməz.

"Bu, İsrailə qarşı yeni hücumlara səbəb olacaq. Biz buna yol vermək fikrində deyilik", - o deyib.

Qeyd edək ki, Rəfah şəhəri Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşir. Oktyabrın 7-də İsrail-HƏMAS münaqişəsi başlayandan Qəzza zolağının digər bölgələrindən əhalinin axın etməsi ilə şəhərin əhalisinin sayı 10 dəfədən çox artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO