Antoni Blinkenin İsrailə səfəri başlayıb - VİDEO

Antoni Blinkenin İsrailə səfəri başlayıb - VİDEO

Hazırda oxunan: Antoni Blinkenin İsrailə səfəri başlayıb - VİDEO

183727

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Qüdsdəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, A.Blinken İsrailin Ben Qurion hava limanına çatıb.

ABŞ dövlət katibinin bu gün İsraildə bir sıra görüşlər keçirəcəyi və HƏMAS-la İsrail arasında davam edən müharibəni müzakirə edəcəyi gözlənilir.

Qeyd olunub ki, o, Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.
Xatırladaq ki, bu, 2023-cü ilin oktyabr ayında Yaxın Şərqdə müharibə başlayandan bəri A.Blinkenin İsrailə altıncı səfəridir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO