Martın 22-nə keçən gecə Rusiya Ukrayna ərazisinə 60-dan çox “Şahed” və 90-a yaxın raket zərbəsi endirib. Enerji sektoru, evlər və hətta trolleybus hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün feysbuk səhifəsində yazıb.
Ukrayna Prezidenti bildirib ki, hücumdan zərər çəkmiş bütün şəhərlərdə artıq lazımi xidmətlər işləyir.
“Elektrik enerjisinin bərpası davam edir. Xarkov və regionda, Zaporojye, Sumı, Poltava, Dnepropetrovsk, Odessa, Xmelnitski və regionda, Vinnitsa, İvano-Frankivsk vilayətlərində - ehtiyac duyulan hər yerdə gecədən etibarən bərpa işləri davam etdirilir”, - deyə Prezident əlavə edib.
Zelenski Rusiyanın kütləvi hücumu fonunda tərəfdaşlarını Ukraynanı daha çox hava hücumundan müdafiə sistemləri, xüsusən də “Patriot” sistemləri ilə təmin etməyə çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:18 / 22.03.2024
Zelenski: Rusiya Ukraynaya 60-dan çox “Şahed” və 90-a yaxın raket zərbəsi endirib
Hazırda oxunan: Zelenski: Rusiya Ukraynaya 60-dan çox “Şahed” və 90-a yaxın raket zərbəsi endirib
Hazırda oxunan: Zelenski: Rusiya Ukraynaya 60-dan çox “Şahed” və 90-a yaxın raket zərbəsi endirib
183709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.