Rusiyalı deputat Makronu təhdid etdi:

Rusiyalı deputat Makronu təhdid etdi: "Peşəkar hərbçilərini Ukraynada məhv edəcəyik" - VİDEO

Hazırda oxunan: Rusiyalı deputat Makronu təhdid etdi: "Peşəkar hərbçilərini Ukraynada məhv edəcəyik" - VİDEO

183676

Fransız muzdluları artıq Ukraynada döyüşüblər.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy BMF telekanalına müsahibəsində bildirib. 

Onun sözlərinə görə, muzdluların yarısı Rusiya ordusu tərəfindən məhv edilib:

"Makron peşəkar hərbçilərini Kiyevə kömək göndərmək qərarına gəlsə, onları da eyni aqibət gözləyir".

O, BFM müxbirinin "Emmanuel Makronun nə dediyi sizi maraqlandırmır?" sualına "Bəli. Bizi nə Makron maraqlandırır, nə Makronun dediyi, nə də Makronun qadağaları. Biz hamısını öldürəcəyik..." cavabını verib.

"Fransa nüvə dövləti olaraq qalır, bunu xatırlayırsınızmı?" sualı isə rusiyalı deputatı bərk qəzəbləndirib:

"Bəli, düzdür, 200 raketlə... Biz Ukrayna torpağına gələn bütün fransız əsgərlərini öldürəcəyik. Çünki bu gün bütün Ukrayna münaqişəsi ərzində 13 min muzdlu orada olub. 367-si fransızdır, onlardan 147-si artıq öldürülüb. Yəni, Ukraynada 147 Fransa vətəndaşı məhv edilib. Narahat olmayın, hamısını öldürəcəyik".
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO