“Qərb Rusiyanın MDB ölkələri ilə birliyini pozmaq üçün aqressiv informasiya kampaniyalarından istifadə edir”.
Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Federasiya Şurasının iclasında bildirib.
“Qərb bu obyektiv şəkildə formalaşmış birliyi Rusiyaya və qonşularımıza qarşı aqressiv informasiya kampaniyaları ilə pozmağa çalışır. Bu cür addımlar, ilk növbədə, postsovet məkanı ölkələri üçün faciəli nəticələrə gətirib çıxarır”, - o deyib.
M.Zaxarova hesab edir ki, informasiya məkanını gücləndirmək və qorumaq üçün maksimum qarşılıqlı əlaqəni təmin etmək Rusiya və MDB ölkələrinin ümumi maraqlarına uyğundur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:36 / 21.03.2024
Zaxarova: \"Qərb MDB ölkələri ilə birliyimizi pozmağa çalışır”
Hazırda oxunan: Zaxarova: \"Qərb MDB ölkələri ilə birliyimizi pozmağa çalışır”
Hazırda oxunan: Zaxarova: \"Qərb MDB ölkələri ilə birliyimizi pozmağa çalışır”
183613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.