Avropa İttifaqı Ukrayna məhsullarına kvota TƏTBİQ EDƏCƏK 

Avropa İttifaqı Ukrayna məhsullarına kvota TƏTBİQ EDƏCƏK 

Hazırda oxunan: Avropa İttifaqı Ukrayna məhsullarına kvota TƏTBİQ EDƏCƏK 

183549

“Gərgin müzakirələrdən sonra Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri və Avropa Parlamenti Ukraynadan idxal olunan kənd təsərrüfatı məhsullarına kvota tətbiqinə dair razılığa gəliblər”.

Bizim.Media xəbər verir ki, bu barədə “reuters” agentliyi məlumat yayıb.

Belə ki, yumurta, quş əti, yulaf, qarğıdalı və bala kvota tətbiqi barədə razılıq əldə olunub. Lakin taxıl və arpaya limit tətbiq edilməyib.

Yeni kvotanın yaxın 21 gündə müəyyən edilməsi qərara alınıb. Qərarın qüvvəyə minməsi tarixi iyunun 1-nə müəyyən edilib. Kvotadan artıq idxal ediləcək kənd təsərrüfatı məhsullarına isə ümumi qaydada gömrük rüsumu tətbiq olunacaq.

Qeyd edək ki, son aylarda Avropada kütləvi aksiyalar keçirən fermerlərin başlıca tələbi Ukraynanın kənd təsərrüfatı məhsullarına güzəştin ləğv edilməsidir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO