Gənclərin xoşbəxtlik səviyyəsinə görə ölkələrin SİYAHISI

Gənclərin xoşbəxtlik səviyyəsinə görə ölkələrin SİYAHISI

Hazırda oxunan: Gənclərin xoşbəxtlik səviyyəsinə görə ölkələrin SİYAHISI

183487

Amerika Birləşmiş Ştatlarında yaşayan gənclər xoşbəxtlik siyahısında geriləyiblər. 

Bizim.Media “Reuters”a istinadən xəbər verir ki, bu informasiya müxtəlif meyarlar əsasında dünyanın ən xoşbəxt gənclərinin reytinqini tərtib edən “World Happiness Report”da yer alıb.

Məlumatda bildirilir ki, ABŞ gəncləri xoşbəxt olmadıqları üçün 15-ci yerdən 23-cü yerə eniblər. Beləliklə, ABŞ gənclərinin bu cür hiss etmələri sayəsində ölkə ilk dəfə olaraq ilk 20-likdən çıxıb. Gənc insanlar arasında artan bədbəxtlik ABŞ və bəzi böyük Qərbi Avropa ölkələrinin qlobal rifah indeksinin aşağı düşməsinə səbəb olub.

Gənclərin xoşbəxt olmasına görə, ilk yerləri Şimali Avropa ölkələri tutublar. Sorğu 143 ölkə arasında keçirilib və reytinq son üç ilin nəticələrinin orta hesabı əsasında təşkil olunub.

Finlandiya 7,7 xalla ilk pillədə yer alıb. Ondan sonrakı pillələri Danimarka, İslandiya və İsveç bölüşdürüblər. Əfqanıstan və Livanın gəncləri isə özlərini xoşbəxt hiss etmədikləri üçün müvafiq olaraq 1,7 və 2,7 xalla sonuncudurlar.

Reytinq ölkələrin rifah göstəricisi ilə əlaqələndirilir. Gözlənilən ömür uzunluğu sosial əlaqələr, şəxsi azadlıq və digər amillər fərdlərin qiymətləndirilməsinə təsir göstərir. Bura sosial medianın mənfi təsirləri də əlavə edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO