Türkiyə Rusiya peyvəndinin istehsalını təsdiqlədi – Qiyməti 10 dollar olacaq

Türkiyə Rusiya peyvəndinin istehsalını təsdiqlədi – Qiyməti 10 dollar olacaq

Hazırda oxunan: Türkiyə Rusiya peyvəndinin istehsalını təsdiqlədi – Qiyməti 10 dollar olacaq

18310

Türkiyə COVID-19 əleyhinə hazırlanan Rusiyanın "Sputnik V" peyvəndinin istehsalına icazə verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi Türkiyənin koronavirüs üzrə elmi şurasının üzvü Afşin Emre Kayipmaza istinadən yayıb.

"Türkiyədə toksoloji testlər aparıldı, nəticədə “Sputnik V”in istehsalı üçün şirkət icazə aldı. Rus vaksininin Türkiyədəki dəyəri təxminən 10 dollar olacaq" deyə nəşr Kayipmazdan sitat gətirib.

Rusiyanın Səhiyyə Nazirliyi dünyada ilk dəfə 2020-ci ilin avqust ayında Qamaleya adına Tədqiqat Elektrokimya Mərkəzi tərəfindən hazırlanmış peyvəndi qeydiyyata alıb.

Ona "Sputnik V" adı verilib. Dərman hazırda təxminən 3 milyard nəfər əhalisi olan 60 ölkədə təsdiqlənib. 

Peyvəndin effektivliyi% 91,6 səviyyəsində qiymətləndirilib. Bu haqda məlumatlar aparıcı tibbi jurnal olan “Lancet”də dərc edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO