Makronun bir çox bəyanatları çaşqınlıq yaradır - Fransalı siyasətçi

Makronun bir çox bəyanatları çaşqınlıq yaradır - Fransalı siyasətçi

Hazırda oxunan: Makronun bir çox bəyanatları çaşqınlıq yaradır - Fransalı siyasətçi

183034

Fransa prezidentinin bir çox bəyanatları çaşqınlıq yaradır. 

Bizim.Media xəbər verir ki, bunu Vətənpərvərlər partiyasının lideri Florian Filippot “İzvestiya” ilə söhbətində bildirib.

Onun sözlərinə görə, fransız əsgərləri Ukraynaya getməyə qətiyyən həvəs göstərmirlər.

“Bunlar Makronun məsuliyyətsiz bəyanatlarıdır, çünki biz fransızlar daimi eskalasiyaya deyil, dinc danışıqlara çalışmalıyıq. Biz vəziyyəti gərginləşdiririk, tanklar, təyyarələr, uzaqmənzilli raketlər və indi də əsgərlər göndəririk. Bunların heç biri məntiqli deyil. Bu narahatedicidir və sülhə töhfə vermir. Bu, Fransanın maraqlarına uyğun deyil”, - Filippo bildirib.

Siyasətçinin fikrincə, Makron bütün səviyyələrdə vəziyyəti qəsdən gərginləşdirir və ölkəni hər cəhətdən məhv edir:

“Bu da onun psixi qeyri-sabitliyi ilə bağlıdır. Fransa üçün ideal həll NATO-dan çıxmaq və dinc dialoqun qurulmasına kömək edəcək diplomatik güc rolunu oynamaqdır”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO