Fransa prezidenti Emanuel Makron Ukrayna-Rusiya münaqişəsi ilə bağlı yeni açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, o, bu barədə "1+1 Marafon" telekanalının aparıcısı Natalya Moseyçuk və "Biz Ukraynayıq" telekanalının əməkdaşı Yuliya Qaluşkaya müsahibəsində bildirib.
Makron NATO-nun Ukraynadakı qoşunlarından danışarkən deyib ki, eskalasiya yolu ilə gedə bilməz, çünki Fransaya növbəti müharibə lazım deyil.
O qeyd edib ki, Rusiya lideri Vladimir Putinlə danışıqlara hazırdır:
“Putin mənə zəng etsə, dəstəyi götürəcəyəm. Çünki bu, mənim məsuliyyətimdir və mən onun təkliflərini dinləyəcəyəm. Lakin qeyd edim ki, yeganə səmərəli danışıqlar iki (müharibə aparan) ölkənin başçıları arasında aparılan danışıqlardır”.
Fransa liderinin sözlərinə görə, rəsmi Parisin əsas məqsədi davamlı və ədalətli sülhə nail olmaqdır:
“Fransanın Ukraynadakı müharibədəki rolu Çörçilin “müharibənin əsəb sistemi” adlandırdığı şeydir. Ukrayna danışıqların mümkün olduğu nöqtəyə doğru getməlidir. Amma Ukraynanın ərazi bütövlüyü fundamental dəyər olacaq. Bir tərəfdən, Kiyevə onun müdafiə qabiliyyətini və hərbi texnikasını gücləndirmək üçün lazım olan hər şeyi ötürmək, eyni zamanda deeskalasiyanı təşviq etmək lazımdır”.
Makron bildirib ki, yaxın günlərdə Almaniya kansleri Olaf Şoltsla Ukraynanın təşəbbüsləri ilə bağlı razılığa gələcək.