Rusiyada seçki məntəqəsində növbəti yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, naməlum şəxs anidən seçki məntəqəsinə daxil olaraq, “Molotov kokteyli” atıb.
Qadının məqsədi səsvermə qutusunu yandırmaq olsa da istəyinə nail ola bilməyib və yanğın dərhal söndürülüb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri start götürüb. Seçkilər martın 15-dən 17-dək keçiriləcək. Ölkə prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritanov mübarizə aparır.
Bizim.Media