Erməni əsilli siyasətçi etiraz etdi:

Erməni əsilli siyasətçi etiraz etdi: "Azərbaycana 100 milyon, Ermənistana isə 0 dollar"

Hazırda oxunan: Erməni əsilli siyasətçi etiraz etdi: "Azərbaycana 100 milyon, Ermənistana isə 0 dollar"

18272

ABŞ Konqresinin aşağı palatasının - Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Ceki Speyer Birləşmiş Ştatların Müdafiə Nazirliyini Azərbaycan və Ermənistanın təhlükəsizliyi üçün ayrılmış yardımlarda pariteti saxlamağa çağırıb.

Bizim.Media xəbər verir ki, Pentaqonun bu iki ölkə ilə bağlı yeritdiyi siyasətə etiraz edən xanım Speyer Twitter hesabında belə yazıb:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər NATO və Ukraynaya qarşı SAVAŞMAQ İSTƏYİR...


"Azərbaycan 200 erməni əsiri girov saxlayır, onlara dəhşətli işgəncələr verirlər. ABŞ bütün erməni əsirlərin azad olunmasını tələb etməlidir. Şokedici şəkildə ABŞ Azərbaycana 100 milyon dollar yardım göndərir, Ermənistana isə 0 dollar verir. ABŞ Ermənistana və Azərbaycana yardım məsələsində pariteti saxlamalıdır!"

Erməni lobbisinin əhatə dairəsində olan xanım siyasətçi deyib:

"Bu gün ABŞ Müdafiə Nazirliyinə bu iki ölkəyə yanaşmadakı bərabərsizliklə bağlı etiraz etdim. Cavab qaneedici deyildi. Zorakılıq və qeyri-sabitlik ABŞ-ın maraqlarına cavab vermir. Azərbaycanı hərtərəfli hücumuna görə mükafatlandıra və erməni xalqına qarşı daha çox şiddətə imkan verə bilmərik".

Rəsmi məlumata görə, Ceki Speyerin atası Manfred Speyer almandır. O, II Dünya Müharibəsindən sonra mühacir qismində ABŞ-a köçüb.

Onun anası Nancy Kançelyan isə ermənidir. Avtobioqrafiyasında yazılıb ki, anası qızına uşaq vaxtından "erməni soyqırımı"nın tanınmasının vacibliyini aşılayıb.

Ceki Speyerin 2008-ci ilin aprelin 23-də Nümayəndələr Palatasında çıxışı var. Həmin çıxışda deyir:

"Anamın hazırda 92 yaşı var. Türklər sülhpərvər erməniləri qırıblar. Bütün ermənilər, o cümlədən anam da ABŞ-ın erməni soyqırımını tanımasını gözləyir". (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO