Türkiyədə 81 bölgədə dörd gün davam edən “Çember-14” əməliyyatı zamanı axtarışda olan 2614 qaçaq şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X” hesabında açıqlama verib.
“0-5 ildir axtarışda olan 2 min 586 nəfər, 5-10 ildir axtarışda olan 19 nəfər, 10 il və daha çox zamandır axtarışda olan 9 nəfər ələ keçirilib.
Oğurluğa görə 476 nəfər, dələduzluğa görə 229 nəfər, qarətə görə 90 nəfər, adam öldürməyə görə 34 nəfər, seksual xarakterli cinayətlərə görə 49 nəfər, narkotik cinayətlərinə görə 449 nəfər, terrorizmə görə 41 nəfər, qaçaqmalçılıq, mütəşəkkil terrorizmə görə 251 nəfər və digər cinayətlərə üzrə saxlanılanlarla birlikdə ümumilikdə 2 min 614 nəfər məsuliyyətə cəlb edilib”, - deyə nazir qeyd edib.
Bizim.Media