Binəli Yıldırım:

Binəli Yıldırım: "Azərbaycan özü işğalda olan torpaqlarını azad etdi"

Hazırda oxunan: Binəli Yıldırım: "Azərbaycan özü işğalda olan torpaqlarını azad etdi"

182582

"Bakı-Tbilisi-Qars dəmir yolu əməkdaşlıq sayəsində ərsəyə gətirildi".

Bizim.Media xəbər verir ki, bunu Qlobal Bakı Forumu çərçivəsində “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda paneldə Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib.

Binəli Yıldırım Şərqlə Qərbin, Avropa və Asiyanın qovşağında yerləşən Türkiyənin çox unikal mövqeyə malik olduğunu söyləyib: 

“Coğrafiyamız həm Şərqə, həm də Qərbə doğru üfüqlər açır. Biz iki dünya müharibəsinin nəticələrindən müəyyən dərslər çıxarmalıyıq. Hazırda proksi qüvvələr ortaya çıxır, münaqişələr baş verir. Digər tərəfdən, yeni fürsətlər də ortaya çıxır və bu, sülhə gətirib çıxarır. Biz Cənubi Qafqaz timsalında bunu gördük. Bir məqamı da qeyd etmək istəyirəm. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunu ərsəyə gətirdi, bu da Orta Dəhlizin bir hissəsidir. Yəni əməkdaşlığı əsas götürməklə buna nail olduq”.

Binəli Yıldırım Türkiyənin siyasi iradəsini ortaya qoyduğunu, Azərbaycana dəstək verdiyini qeyd edib: “Məhz Azərbaycan özü 30 il işğal altında qalan torpaqlarını azad etdi, münaqişəyə son qoydu”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO